Məmməd Arazın 80 illik yubleyi keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı.
Özel HTML seçmek için tıklayın
27 Sentyabr 2013 [18:34]
Azərbaycan prezidenti İlham Əliyev Məməd Arazın 80 illik yubileyinin keçirilməsi haqda sərəncam imzalayıb.
AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) anadan olmasının 80 illiyi tamam olur.
Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inkişafına mühüm töhfələr vermiş xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Məmməd Arazın 80 illik yubleyindən şəkillər
Həmçinin Lənkəranda Məmməd Arazın 80 illik yubileyi qeyd edilib.
Lənkəranda Q.Vəliyev adına Mədəniyyət Mərkəzində “Vətəndaş şair - Vətən şairi Məmməd Araz” adlı ədəbi-bədii gecə keçirilib. SİA-nın Cənub bürosunun mlumatına görə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli sərəncamına əsasən keçirilən tədbirdə mədəniyyət mərkəzinin dərnək üzvləri və klub müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində Məmməd Araza həsr olunmuş MKS-in uşaq kitabxana filialının hazırladığı “Araz həsrətli şair” adlı foto stendə və kitab sərgisinə baxış keçirilib. Mədəniyyət mərkəzinin direktoru, AYB üzvü Hafiz Mirzə çıxış edərək Məmməd Arazın ən çətin dövrlərdə xalqına, vətəninə sədaqət göstərməsi barəsində faktlardan, şairin poeziyasında milli ruhun vətənə məhəbbətin verilməsindən danışıb, şairin ruhuna rəhmət diləyib.
Mədəniyyət mərkəzinin “Vaqif” bədii qiraət dərnəyinin üzvləri Nurlan Quluzadə, Elvin Abdullayev, Jalə Bayramova, Fatimə Mirzəzadə, Saleh Əzimov və Leyla Zülfüqarovanın iştirakı ilə Məmməd Arazın şeirlərindən ibarət kompozisiya təqdim olunub. AYB üzvü, şair Ağamir Cavad Məmməd Araz poeziyası barədə geniş təhlillər aparıb, onun Azərbaycan ədəbiyyatında tutduğu mühüm yeri, yazdığı vətənpərvərlik şeirlərinin milli-azadlıq hərəkatı zamanı oynadığı rolunu xüsusi vurğulayıb.
Tədbir zamanı müğənni Murad Ağayev Məmməd Arazın sözlərinə yazılmış mahnılar ifa edib.

Məmməd Arazın yubleyinə həsr edilmiş müsabiqənin qalibləri bəlli oldu.
Tarix 13.12.13
Xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə keçirilən müsabiqənin qalibləri bəlli olub
Kulis.az-ın məlumatına görə, qaliblər Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə elan olunub.Tədbirdə “Kaspi” qəzetinin təsisçisi Son Vəliyeva, millət vəkili Aqil Abbas, tənqidçi Vaqif Yusifli, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərək şairin həyat yolundan, yaradıcılığından danışıblar.Məmməd Arazın 80 illiyi münasibəti ilə keçirilən müsabiqəyə təqdim olunmuş məqalələrin toplandığı “Haqqım var yaşamağa” kitabı təqdim edilib.Daha sonra müsabiqənin qalibləri elan olunub. Birinci yerin qalibi Akif Əli, ikinci yerin qalibləri Flora Xəlilzadə, Nizami Muradoğlu, üçüncü yerin qalibləri isə Telli Pənahqızı, Qan Turalı, Şamil Vəliyevdir.Vaqif Yusifli, Fərid Hüseyn, Əlövsət Bəşirov, Aslan Quliyev, Mehman Qaraxanoğlu, Tofiq Abdin, Elçin Məmmədli və başqalarına xüsusi mükafatlar verilib.

Bu isə dosya formasında
Dosyanı yükləmək üçün üstünə vurun
qaliblr.docx | |
File Size: | 39 kb |
File Type: | docx |
“Haqqın var yaşamağa” adlı kitabın təqdimatı keçirilib.
13.12.2013 15:07---Beynəlxalq Mətbuat Mərkəzində Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş “Haqqın var yaşamağa” adlı kitabın təqdimatı keçirilib. Publika.Az azadinform.az-a istinadən xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva 6 ay öncə dahi şair Məmməd Arazın xatirəsinə 6 aylıq müsabiqə elan edildiyini bildirdi. S.Vəliyeva müsabiqənin şərtlərini tədbir iştirakçılarına bildirməsi üçün “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədliyə sözü verib.
N.Məmmədli qeyd edib ki, müsabiqə 1 aprel - 1 sentyabr tarixləri arasında keçirilib: “Altı ay davam edən müsabiqəyə 80 yazı daxil olub. Bu yazılardan 60-ı seçilərək “Haqqın var yaşamağa” adlı kitabda çap edilib. Müsabiqənin şərtlərinə əsasən 1-ci yeri tutan şəxsə 1000 manat, 2-ci yeri tutana 2 xüsusi mükafat 700 manat, 3-cü yeri tutan 3 xüsusi mükafat sahiblərinə 500 manat dəyərində pul mükafatı təqdim olunacaq. Müsabiqəyə sonradan həm də Sona Vəliyevanın təşəbbüsü ilə 30-a yaxın xüsusi mükafat daxil edilib. Müsabiqənin mükafat fondu ümumilikdə 10 min manat təşkil edir”.
S. Vəliyeva çıxış edərək Məmməd Arazın əbədiyaşar şair olduğunu bildirdi: “Əbədiyaşarlığın özünəməxsus böyüklüyü var. Məmməd Araz bir millətin Azərbaycançılıq məfkurəsini yaradan bir insan olub. O, çağdaş, müasir poeziyanın poetiklərindən sayılır”.
S.Vəliyeva bildirib ki, müsabiqəyə kimliyindən asılı olmayaraq şairlər, yazıçılar, jurnalistlər hətta tələbələr belə yazı göndəriblər: “Məmməd Araz bu insanların qəlbinin ən gözəl yerlərindədir. Azərbaycançılıq onun əsas qayəsi olub. Heç bir şairdə demək olar ki, bunun qədər Azərbaycançılıq ideyası olmayıb. Azərbaycançılıq adı gələndə Məmməd Araz yada düşür. Onun poeziyasının qidası, bəhrəsi bundan sonrakı poeziyalara sıçrayış olmaqda davam edəcək”.S. Vəliyeva Məmməd Arazdan bəhs edərkən vurğulayıb ki, onun dili Xəstə Qasım, Aşıq Ələsgər hətta Səməd Vurğun dili idi: “Məmməd Arazın səmimi dildə yazdığı poeziya insanların yaddaşından silinməyir. Çünki, bu poeziya onun canından, qanından ibarət idi. Min illər keçsə də Məmməd Araz poeziyası yenə yaşayacaq. Onu dərk eləmək üçün gərək Məmməd Araz dastanını öyrənəsən”.
O deyib ki, Məmməd Araz sözün əsl mənasında cəsarətli vətəndaş şairidir: “O, şerlərində sovet dövründə Azərbaycanın başına gətirilən bəlalardan danışır, zaman-zaman onun üzərinə gedən “tamah çarpışmaları”na diqqətə çəkib”.
Ümummilli lider Heydər Əliyevin Məmməd Araza qayğısından da söz açıılıb. Belə ki, ulu öndər Heydər Əliyev Məmməd Arazın xaricdə müalicə olunmasına şərait yaradıb.
Millət vəkili, yazıçı Aqil Abbas müsabiqə və əsasında hazırlanan kitab haqqında fikirlərini bildirib: “Məmməd Araz öz övladlarına verdiyi mənəviyyatın min qatını millətinə verib. Nə qədər Azərbaycan yaşayırsa, o qədər də onun poeziyası yaşayacaq. Kimlər ki, poeziya uğrunda yanıblarsa onlar əbədi olaraq millətin qəlbində yaşayacaq”.
Tədbirdə çıxış edən tənqidçi Vaqif Yusifli bildirib ki, elə tək-tək sənətkarlar var ki, onları sənətdən uzaqlaşdırsan poeziyada uçurum yaranar: “Məmməd Arazda belə şairlərdən olub. Onsuz poeziyanı təsəvvür eləmək qeyri-mümkün idi”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, Məmməd Araza həsr olunmuş müsabiqədə iştirak etmək, yazı yazmaq həm asan, həm də çətindir: “Asandır ona görə ki, Məmməd Arazın irsi zəngindir, informasiya çoxdur. Çətindir ona görə ki, bu qədər zəngin irsdən hansı mövzuya toxunasan. Müsabiqəyə 80 yazı daxil olub. Bu çox böyük rəqəmdir. Bu Məmməd Araza insanların sevgisindən xəbər verir. Onun torpaq, Vətən sevgisi şerlərində öz əksini tapıb. Onun şerləri oxunaqlıdır. Onun xidmətləri dövlət səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev 27 sentyabrda şairin 80 illiyinin keçirilməsi haqqında Sərəncam verib. Məmməd Araz qəlbimizdə yaşayıb və bundan sonra da yaşayacaq”.
Sonra Məmməd Arazın qızı İradə Tuncay şair haqqında fikirlərini bölüşüb: “Mən Məmməd Arazın qızı yox, bir oxucusu kimi onu sevirəm. O, mənim yazılarımı heç vaxt redaktə etməyib, mənim işim üçün kiməsə zəng etməyib. Mən onun bir şair kimi əzablarının şahidiyəm. İndi 5-6 insan bir yerə yığılanda Məmməd Arazın şerlərindən misralar deyir. Deməli, xalq onu sevir. Xalq bir şairi özü sevə bilər, kimisə zorla xalqın ürəyinə yeritmək olmaz. Məmməd Araz şerlərində xalqın milli dəyərlərini təbliğ edib. Onun yaradıcılığı insanlara yaşamaq üçün stimul verir”.
Qeyd edək ki, sonda “Kaspi” qəzetinin Məmməd Arazın 80 illik yubileyinə həsr etdiyi müsabiqənin qalibləri bəlli olub. Birinci yerə Akif Əli, ikinci yerə Flora Xəlilzadə, Nizami Muradoğlu layiq görülüb. Üçüncü yerə 3 nəfər layiq görülüb. Telli Pənahqızı, Şamil Vəliyev və Qan Turalı.
Müsabiqəyə sonradan həm də Sona Vəliyevanın təşəbbüsü ilə 30-a yaxın xüsusi mükafat daxil edilib, onların da hər biri 200 manatdır.Müsabiqəyə 80 yazı təqdim olunub. Onlardan 60-ı müsabiqəyə daxil edilib. Müsabiqənin mükafat fondu 10 min manat təşkil edir.